nazir

Ali Rada Ukraynanın ədliyyə naziri Herman Qaluşenkonu vəzifəsindən azad edib.

Globalinfo.az xəbər verir ki, onun istefasına 323 deputat səs verib.

Noyabrın 17-də Ukraynanın baş naziri Yuliya Svırıdenko, habelə istefa vermiş ədliyyə naziri Herman Qaluşenko və energetika naziri Svetlana Qrinçuk korrupsiya qalmaqalına həsr olunmuş Müvəqqəti İstintaq Komissiyasının (MTK) iclasında iştirak edə bilməyiblər.

Noyabrın 10-da Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) enerji sektorunda korrupsiya işi ilə bağlı genişmiqyaslı xüsusi əməliyyat elan edib. Agentliyin məlumatına görə, təhqiqat bir il yarım davam edib, büro əməkdaşları təxminən 1000 səs yazısı toplayıb. Baş şübhəlilərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın adamı hesab edilən iş adamı Timur Mindiçdir.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: