Azərbaycanda pandemiya və vaksinasiya ilə bağlı SON VƏZİYYƏT – FOTO

22:33

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 38 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən üç nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 819 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 456 nəfər müalicə olunaraq sağalıb, 10 138 nəfər vəfat edib, aktiv xəstə sayı 225 nəfərdir.

Ölkədə son sutka ərzində 1 664, hazırkı dövrədək isə 7 536 288 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 430 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 190, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 62, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 165, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 13 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 950 865, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 404 839, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 359, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 400 931, pozitiv nəticədən sonra buster doza olunanların sayı 265 736 təşkil edir.