Azərbaycanda nə qədər psixi xəstə var? – Şok statistika

2022-ci ildə Azərbaycanda ilk dəfə psixi xəstəlik diaqnozu qoyulmuş xəstələrin sayı 6983 nəfər olub.

Globalinfo.az bildirir ki, bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.

Rəsmi statistikadakı rəqəmlərdən məlum olur ki, son illər Azərbaycanda ilk dəfə psixi xəstəlik diaqnozu qoyulmuş xəstələrin sayı xeyli artıb.

Belə ki, əgər 2020-ci ildə 4039 nəfərə ilk dəfə psixi xəstəlik diaqnozu qoyulmuşdusa, 2021-ci ildə onlar 4751 nəfərə, 2022-ci ildə isə 6983 nəfərə çatıb.

Rəsmi statistikaya görə, 2022-ci ildə tibb müəssisələrində dispanser müşahidələri altında olan psixi xəstələrin ümumi sayı 113836 nəfər olub. 2020-ci ildə bu rəqəm 106299 nəfər, 2021-ci ildə 109107 nəfər idi.