kreslo vezife

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Ramil Hacılının Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Globalinfo.az xəbər verir ki, sərəncamda qeyd olunur:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Ramil Qəşəm oğlu Hacı Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsindən azad edilsin”.

1689955196 1sa1Wfighi2TFeZPtZkb

Digər sərəncamla, Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Məcid Mirəli oğlu Seyidova verilib.

Paylaş: