nocomment 2b3fd9f6f7dcfda44891245cbc51a5b0 r6mbnixfe4z3qty85012 e1622965668819

Azərbaycanda rayonların birində məktəbli qız zorlanıb.

Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə iddia sosial şəbəkədə yayılıb. İddialara görə, məktəbli qız 25 yaşlı sabiq bank əməkdaşı tərəfindən zorlanıb.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon Polis Şöbəsinə müraciət daxil olub:

“İstintaq araşdırmaları aparılır. Müvafiq ekspertiza təyin edilib”.

Paylaş: