odenis1351767363 612x612 1

“Bu gün biz kartdan karta, internetdən hesablara və buna bənzər digər manat ödənişləri ediriksə bu elektron pul əməliyyatı deyil. Bu milli valyutada olan nəğdsiz ödənişlərdir. Azərbaycanda elektron pul emissiyası milli valyuta olmaya da bilər”.

Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

1672315571 eldeniz emirov 222222222

O bildirib ki, Azərbaycanda elektron pul dövriyyəyə buraxılanda bu yalnız “elektron manat” olmayacaq:

“Elektron pulla bağlı ən mühüm siyasi məsələlərdən biri emitent məsələsidir, yəni ölkədə elektron pul buraxmaq hüququna malik olan təşkilatların siyahısının müəyyən edilməsidir. Müxtəlif ölkələrinin qanunvericiliyində bu problemlə bağlı birmənalı yanaşma yoxdur. Ölkədən ölkəyə fəqlənir. Belə ki, emissiya problemi həm elektron milli pullara (dövlət valyutalarından birində ifadə edilmiş), həm də özəl elektron pullara (dövlət ödəniş sistemindən kənar dövriyyədə olan) təsir göstərir.

Məsələn, Sinqapurda və Ukraynada elektron pul emissiyası yalnız banklar tərəfindən həyata keçirilə bilər. Avropa İttifaqında isə Elektron Pul Təşkilatlarına electron pul emissiya edə bilər. Honq Konqda isə electron pul emissiyası üçün depozit şirkəti lisenziyası almalıdır.

Azərbaycanda müzakirə edilən yeni qanun layihəsinə görə emissiyanı banklar və xarici bankların yerli filialları, poçt rabitəsinin milli operatoru və elektron pul təşkilatları həyata keçirə biləcəklər.

Amma sual budur: Bu subyektlər elektron pul buraxacaqlarmı?

Düşünürəm ki, Azərbaycanda elektron pulun buraxılması üçün hələ zaman lazım olacaqdır. Sadəcə yeni qanun layihəsi qəbul edilib elektron pulların emissiyası və istifadəsi üçün hüquqi baza yaradılacaq. Ola bilər ki, elektron pullar Azərbaycanda ciddi çəkidə emissiyaya başlayana qədər bu qanuna hələ bir neçə dəfə beynəlxalq təcrübələrə əsaslanaraq yenidən əlavə və dəyişikliklər edilsin”.

Zaira Akifqızı

Globalinfo.az 

Paylaş: