turbo

Sumqayıt sakini Teymur Məmmədov sahibi olduğu bahalı retro avtomobili satışa çıxarıb.

Globalinfo.az xəbər verir ki, o, Azərbaycanda yeganə, 1938-ci il buraxılışı olan “Mercedes 170 V” avtomobilini 850 min dollara (təxminən 1,5 milyon manat) təklif edir. T.Məmmədov avtomobilin satışı ilə bağlı yerli və xarici elan saytlarında məlumat yerləşdirib.

Qeyd edək ki, 85 yaşlı avtomobil ideal vəziyyətdədir. Kupe-sedan tipli maşın geridə qalan illərdə 82 min kilometr yol qət edib. 2,4 litrlik benzin mühərrikə malik nəqliyyat vasitəsi 85 at gücünə malikdir.


20128 Ugrr Jro 4w3HbgQvUFBkw
84891 JHylQt7lkz4Ur8vOwEcDnw
94389 04iq92z8dVUHKjykcP0jDQ
94389 s2n3rJ0d0oYaVi4 EIF9UQ

Paylaş: