“Azərbaycan və Pakistanla birlikdə…” – Ərdoğan

VODit1TVxkkr42r8kUhw1sPstTdJje6lZl3TwFY9 1200

“Türkiyə, Pakistan, Azərbaycan və digər türk dövlətləri birgə əməkdaşlıq çərçivəsində yeni addımlar atacaq”.

Globalinfo.az “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə Ankarada birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, rəsmi Ankara türkdilli ölkələr və İslamabadla əlaqələri daha da gücləndirəcək:

“Biz birlikdə yeni işlər görəcəyik”, – Ərdoğan bəyan edib. Dövlət başçısı təfərrüatı açıqlamayıb.