Belqradda tarix yazan güləşçilərimiz Vətəndə belə qarşılandı – FOTO

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatında uğurlu nəticə əldə edən  yunan-Roma güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb.

Globalinfo.az xəbər verir ki, idmançıları Heydər Əliyev Hava Limanında Azərbaycan Güləş Federasiyasının rəsmiləri, azarkeşlər, idmançıların ailə üzvləri və jurnalistlər qarşılayıblar.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə millimiz Belqradda tarixi uğura imza atıb. İki qızıl, üç gümüş medal qazanan yığmamız 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olub.

Xatırladaq ki, Belqradda Eldəniz Əzizli (55 kq) ilə Rafiq Hüseynov (82 kq) dünya çempionu olublar. Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) isə gümüş medal qazanıblar. Həmçinin, 67 və 77 kq-da Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edilib.