Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması… – Prezident

Ermənistan istisna olmaqla, Ali Avrasiya İqtisadi Şurasına üzv ölkələrlə Azərbaycanın əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Moskvada qonaq qismində iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması əsasında münasibətlərin normallaşdırılması üçün ciddi imkanlar mövcuddur.

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, bu gün Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli görüş baş tutacaq.