Azərbaycan COP29-da yeni təşəbbüs irəli sürdü – Adil Kərimli

adil kerimli esas

“COP29 ölkəmiz üçün vacib tədbirlərdən biridir. Qlobal müstəvidə COP tədbirinin Bakıdan gözləntisi böyükdür. Düşünürəm ki, bu, ölkə olaraq iqlim dəyişiklikləri mövzusunda qlobal səviyyədə aparılan tədbirlərə ciddi töfhə olacaq”.

Bu sözləri Globalinfo.az-a mədəniyyət naziri Adil Kərimli deyib.

O, Azərbaycanda yeni təşəbbüsün irəli sürüldüyünü qeyd edib:

“Bu təşəbbüs xüsusilə mədəniyyət sahəsinin COP çərçivəsinə gətirilməsi ilə bağlıdır. Doğrudur, ötən il COP28-də mədəniyyət və iqlim dəyişiklikləri mövzusu müzakirə olunmuşdu. Burada Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Braziliyanın birgə həmsədirliyi ilə dostluq qrupu formalaşdırılmışdı. Onlar da iqlim dəyişikliyinin mədəni irsə və mədəniyyətə təsiri mövzusunu əsas müzakirə edən tərəfdaşlar kimi çıxış edirdilər. Bu ildən Azərbaycan da həmin təşəbbüsə qoşulub və ortaya yeni bir təşəbbüs qoyub. Bu, iqlim üçün mədəniyyət təşəbbüsüdür ki, dünyaya yeni bir platforma təqdim edəcək. Mədəniyyətin iqlim dəyişikliyinə müsbət təsiri müzakirə mövzusu kimi dünya ekspertlərinin, dövlətlərin səlahiyyətli şəxsləri tərəfindən müzakirə olunacaq”.

Zaira Akifqızı

Globalinfo.az