3Csk8uCPe6a2P2lbS4UyK9kEznKaQTzPWNBYJzr6 1200

Misli Premyer Liqasının XXVIII turu rekordla əlamətdar olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, bu, “Sumqayıt” – “Sabah” oyununda (3:3) qeydə alınıb.

Bakı klubu mövsümdə 15-ci heç-heçəyə imza atıb.

Paytaxt təmsilçisi bununla da Azərbaycan çempionatları tarixinin mütləq rekorduna imza atıb. “Sabah” bir mövsümdə ən çox heç-heçə edən komanda adına sahib çıxıb.

Bunadək rekord hərəyə 14 “sülh”ə imza atan “Neftçi” (2009/2010), “Bakı” (2012/2013) və “Zirə”yə (2020/2021) məxsus idi. Ötən tur bu komandalara çatan “Sabah” Sumqayıtdakı heç-heçə ilə tarixə düşüb.

Paylaş: