Azərbaycan BMT nümayəndələrini Qarabağa dəvət etdi

Azərbaycan BMT nümayəndələrini Qarabağ bölgəsinə səfərə dəvət edib. 

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə “X” sosial şəbəkəsində qeyd edib.

“Belə bir səfər yaxın günlərdə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin himayəsi altında, Dayanaıqlı İnkişaf üzrə BMT-Azərbaycan Əməkdaşlıq Çərçivəsinə (2021-2025) uyğun olaraq həyata keçiriləcək”, – deyə Hacızadə bildirib.