Azər Sani niyə istefa verdi? – Özü danışdı

Xırdalan məscidinin axundu, Azər Sani kimi tanınan ilahiyyatçı Azər Qafarov vəzifəsindən istefa verib.

Məsələni dəqiqləşdirmək üçün Globalinfo.az Azər Sani ilə əlaqə saxlayıb.

O, istefa xəbərini təsdiqləyib:

“Bəli, xəbər doğrudur. Səhhətimə əlaqədar istefa vermişəm. Bundan sonra hansısa məsciddə axund vəzifəsini icra etməyi düşünmürəm”.

Zaira Akifqızı
Globalinfo.az