Azərbaycanda narkotik cinayətləri artıb

Сari ilin  8 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7440 cinayət faktı aşkarlanmışdır.

Globalinfo.az xəbər verir ki, barədə Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının hesabatında bildirilib.

Onlardan 2604-ü narkotik vasitələrin qanunsuz satışı, 4412-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 352-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 72-si isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 410 kq 440,04 qr və 32762 həb narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 886 kq 460,352 qr-nı heroin, 1 ton 474 kq 985,454 qr-nı marixuana, 251 kq 886,831qr-nı tiryək, 27 kq 785,044 qr-nı həşiş, 260,95 qr-nı kokain, 32238 həb metadon, 129 kq 282,257 qr-nı digər narkotik vasitələr və 639 kq 779,152 qr və 524 ədəd həbpsixotrop maddələr təşkil etmişdir.Həmçinin, göstərilən dövr ərzində 1 kq 764 qr güclü təsir edən maddə, 10 kq 037,6 qr zəhərli maddə,79298 ədəd narkotik xassəli çətənə bitkiləri qanunsuz dövriyyədən götürülmüşdür.

“Təhlil göstərir ki, 2021-ci ilin 8 ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1477, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 423, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 1036, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 24 fakt artmışdır”, məlumatda bildirilib.