Şanlıurfada silahlı hücum: ölən və yaralananlar var – VİDEO

Türkiyənin Şanlıurfa şəhərində avtovağzalda silahlı atışma baş verib.

Globalinfo.az xəbər verir ki, silahlı hücum nəticəsində 1 nəfər ölüb, biri polis olmaqla 10 nəfər yaralanıb.

Ölən şəxsin 10 yaşlı Halil Deveci olduğu bildirilib.

Məlumata görə, avtovağzalda yerləşən kassaya gələn bir qrup işçi ilə əməkdaşlar arasında dava düşüb. İlkin tibbi yardımdan sonra yaralılar xəstəxanaya aparılıb.

Bölgəyə çox sayda polis cəlb edilib.

Münaqişənin səbəbi hələ ki məlum deyil.

Dava anı ərazidəki təhlükəsizlik kamerasına düşüb.

Globalinfo.az