Avtomobillər toqquşdu, biri aşdı: iki qardaş xəsarət aldı

masin asdi 12

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə magistralının Nəsimikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki nəqliyyat vasitələri toqquşub. Nəticədə onlardan biri idarəetməni itirərək aşıb.

Qəza nəticəsində Biləsuvar rayonun İsmətli kənd sakinləri Əfqan Qarayev və qardaşı Nadir Qarayev xəsarət alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.