Son bir həftə ərzində Avropada anomal istilər səbəbindən 1300-dən çox insan ölüb.
Globalinfo.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
O, iyunun 21-dən bəri Avropa ölkələrində yüksək temperatur səbəbindən ölüm hallarının qeydə alındığını, təxminən 150 milyon insanın həddindən artıq istidən əziyyət çəkdiyini və enerji sistemlərinin tam gücü ilə işlədiyini açıqlayıb.
Qebreyesus istilik stressini “səssiz qatil” adlandırıb və evlərin, ofislərin və məktəblərin bu qədər yüksək temperaturlara davam gətirmək üçün nəzərdə tutulmadığını qeyd edib.
Tahir Turan