Aİ etiraf etdi: Erməni batalyonunu gücləndiririk

 

Avropa İttifaqı Ermənistana 2,5 il ərzində bir batalyonun modul tipli səhra düşərgəsinin yaradılması üçün 10 milyon avro ayırmağı planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni bürosu məlumat yayıb.

Yardımın Avropa Sülh Fondundan veriləcəyi qeyd olunur.

Modul tipli düşərgəyə tibb klinikası, müvafiq xidmətlər və obyektlər də daxil olacaq.

“Bu dəstəyin məqsədi Ermənistan Silahlı Qüvvələrinin dayanıqlığını və sabitlik yaratmaq qabiliyyətini artırmaqdır. Bununla da niyyətimiz böhran və fövqəladə hallar zamanı mülki insanları daha yaxşı qorumaqdır”, – iddia edilir.

Zaira Akifqızı
Globalinfo.az