Avropa İttifaqı ikiüzlülük edir, belə plan yoxdur – Siyarto

avropa ittifaqi ela

“Macarıstan Avropa İttifaqından (Aİ) çıxmağı planlaşdırmır, amma ittifaqın gələcəyinin necə olacağı ilə bağlı debatlarda iştirak etməyi düşünür”.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

“Biz Avropa İttifaqının üzvüyük və belə də qalacağıq. Həm də Avropanın gələcəyi ilə bağlı debatlarda iştirak haqqımızı özümüzdə saxlayırıq. Aİ ikili standartlar və ikiüzlülük nümayiş etdirir, bizə maliyyə sanksiyaları tətbiq edib, siyasi təzyiq həyata keçirib”, –  o, bildirib.

Peter Siyartonun sözlərinə görə, Macarıstan bundan sonra da qanunsuz miqrasiya ilə mübarizə aparacaq və Aİ-nin heç bir təzyiqi onu yolundan döndərməyəcək.

Əliyar Xəlil
Globalinfo.az