63559921751746355992175175166655414563559921751726355992175173

Avropa İttifaqı bu gün Rusiyadan təbii qaz tədarükündən imtina etdi.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, bu barədə RTL radiosuna müsahibəsində daxili bazarda avrokomissar Tyerri Breton məlumat verib.

“Bu gün biz Rusiya qazından tamamilə ayrılmışıq… 40 faizdən asılı idik, indi isə cəmi 7 faiz”, – deyə o bildirib.

Onun sözlərinə görə, Rusiya Avropa üçün etibarlı tərəfdaş olmaqdan çıxıb.

Ona görə də 155 milyard kubmetr başqa mənbələr hesabına dəyişdirilib.

Üstəlik, qazın qiyməti aşağı düşməkdə davam edəcək.

Paylaş: