AVRO-2024: Ukrayna Rumıniyaya məğlub oldu – CANLI

Qarşılaşma rumınların inamlı qələbəsi ilə bitib – 3:0.

***

57-ci dəqiqədə Denis Draquş üçüncü topu rəqibin qapısından keçirib.

***

Rumıniya seçməsi növbəti dəfə rəqibini məyus edib – 2:0.

53-cü dəqiqədə Razvan Marin fərqlənib.

***

Rumıniya – Ukrayna oyununda ikinci hissə start götürüb.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Rumıniya – Ukrayna oyununda ilk hissə başa çatıb.

Globalinfo.az xəbər verir ki, Rumıniya seçməsi hazırda hesabda öndədir – 1:0.

Nikolae Stanku 26-cı dəqiqədə fərqlənib.

***17:34

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Rumıniya – Ukrayna oyununda hesab açılıb.

Globalinfo.az bildirir ki, Rumıniyanın yığmasının heyətində Nikolae Stankiu 26-cı dəqiqədə adını tabloya yazdırıb.

***17:13

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupunda mübarizəyə start verilib.

Globalinfo.az bildirir ki, I turun Rumıniya – Ukrayna oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayıb.

Görüşü İsveçdən olan Qlenn Nuberq idarə edir.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.