Arif Paşayev tələbənin ölümü ilə bağlı başsağlığı verdi – FOTO

Milli Aviasiya Akademiyasının rektoru, alademik Arif Paşayev tələbənin vəfatı ilə bağlı başsağlığı verib.

Globalinfo.az xəbər verir ki, akademik bir neçə gün əvvəl qəfil vəfat edən akademiyanın tələbəsi Asəf Salahlının ailəsinə başsağlığı mesajı yayıb.

A.Salahlı akademiyanın Fizika texnologiyası fakültəsinin tələbəsi idi.

O, bir neçə gün əvvəl Bərdə rayonu Qazaxlar kəndində yaşadığı evdə dəm qazından boğularaq vəfat edib.

Malik
Globalinfo.az