Arda Gülər “Real”da ilk qolunu vurdu

İspaniya La Liqasında XXVIII turun növbəti oyunları keçirilib.

Globalinfo.az xəbər verir ki, “Real Madrid” doğma meydanda “Selta”nı qəbul edib. Görüş “kral klubu”nun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 21-ci dəqiqədə Vinisius Junior açıb. 55-ci dəqiqədə Visente Quaita və 89-cu dəqiqədə Karlos Dominques avtoqol müəllifləri olublar. Matçın yekun nəticəsini 90+4-cü dəqiqədə Madrid klubunun heyətində ilk rəsmi qoluna imza atan Arda Gülər müəyyənləşdirib.

Günün digər oyunlarında “Alaves” “Rayo Valyekano”nu 1:0, “Atletik Bilbao” “Las Palmas”ı 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu nəticədən sonra xallarını 69-a çatdıran “Real Madrid” turnir cədvəlinə başçılıq edir. “Jirona” 62 xalla ikinci, 61 xallı “Barselona” üçüncü pillədə qərarlaşıb.