Araqçı Rafael Qrossi ilə Tehranda görüşdü

İranın xarici işlər naziri Abbas Araqçı Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Baş direktoru Rafael Qrossi ilə Tehranda danışıqlar aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın dövlət agentliyi “SNN” məlumat yayıb.

“MAQATE rəhbəri Qrossi Tehranda İranın xarici işlər naziri Araqçı ilə görüş keçirib”, – deyə xəbərdə bildirilir.

MAQATE Baş direktorunun əvvəlki səfəri 2024-cü ilin noyabrında baş tutmuşdu. Yeni səfər çərçivəsində Qrossinin İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami ilə də görüşəcəyi gözlənilir.

Aysel Əliyeva
Globalinfo.az