
“ABŞ tərəfindən İrana maksimal təzyiq cəhdi uğursuz təcrübədir və təkrar cəhd daha bir uğursuzluğa gətirib çıxaracaq”.
Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.
“Əgər ABŞ üçün əsas olan İranın nüvə silahı əldə etməməsidirsə, bu planda heç bir problem yoxdur. Məsələni həll etmək olar”, – XİN başçısı bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp İrana qarşı maksimal təzyiqin aparılacağını elan edib. Ağ Ev rəhbərinin açıqlamaları fonunda ölkə mətbuatı İranın nüvə silahına çox yaxın olduğu haqqında məlumatlar yayıb.
Əliyar Xəlil
Globalinfo.az