Qriqoryan Bayrağımızın yandırılması haqda acı həqiqət

“Artıq beynəlxalq aləmdən Azərbaycana qarşı sanksiyalar tələb etməyə çalışmayın. Nə zaman Azərbaycanın bizə təcavüz etdiyini desək, “yadınızdadırmı, siz onların bayrağını yandırmışdınız, Azərbaycanı hədələmişdiniz” deyəcəklər”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Stepan Qriqoryan qeyd edib.

Politoloq bu addımın vətənpərvərlik olmadığını bildirib:

“Heç kim bu addımın qəhrəmanlıq olduğunu deməyə cəhd göstərməsin. Yaxın zamanda yenidən yüksək səviyyəli tədbirlərin keçirilməsini gözləməyək. Bu addımın vətənpərvərliklə qəti əlaqəsi yoxdur. Vətəni sevən insan onun adının yüksəldilməsi üçün çalışmalıdır”.

Qeyd edək ki, ağır atletika üzrə İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində erməni stilist Aram Nikolyan səhnəyə çıxaraq Azərbaycan Bayrağını yandırıb.

Ayşən Mustafa
Globalinfo.az