antonio kosta

Azərbaycan Avropa İttifaqı (Aİ) üçün əsas tərəfdaşdır”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa Şurasının prezidenti Antonio Koşta  “X” sosial şəbəkə hesabında yazıb.

Paylaşımda Şirvanşahlar Sarayının fotosu əks olunub.

“Bu gün Bakıdayam və Prezident İlham Əliyevlə görüşü səbirsizliklə gözləyirəm”, – deyə o yazıb.

Koşta paylaşımında Azərbaycanla strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb və qeyd edib ki, son bir ildə ölkə ilə Avropa İttifaqı arasındakı münasibətlərə yeni impuls verilib.

Onun sözlərinə görə, tərəflər təhlükəsizlik, enerji, rəqəmsal texnologiyalar və nəqliyyat sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqdirlər.

Koşta əlavə edib ki, görüş zamanı sürətlə dəyişən geosiyasi vəziyyət fonunda son hadisələr də müzakirə olunacaq.

65733f35 dbbb 41c5 a44e fdf958fe29be

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: