Anar AYB-nin Qurultayının üç il ləngiməsinin səbəblərini açıqladı

“Azərbaycan Yazıçılar Birliyinin Qurultayı 3 il öncə olmalı idi, amma gecikdik. Gecikmənin səbəbi isə pandemiya olub”.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, bunu Xalq yazıçısı Anar Rzayev AYB-nin XIII Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, buna baxmayaraq bu müddət ərzində yazıçılar birliyində Qurultay səviyyəsində məruzələr dinlənilib və ayrıca kitab kimi nəşr olunub.