Ana və 3 övladı dəm qazından zəhərləndi

Biləsuvarda ana və 3 azyaşlı övladı dəm qazından zəhərlənib.

Globalinfo.az APA-ya istinadən xəbər ki, dəm qazından zəhərlənmə hadisəsi rayonun Aşağı Cürəli kəndində baş verib.

1985-ci il təvəllüdlü Günel Məmmədova və onun azyaşlı övladları – 2007-ci il təvəllüdlü Məleykə Məmmədova, 2015-ci il təvəllüdlü Arzu Məmmədova və 2012-ci il təvəllüdlü Rəvan Məmmədov dəm qazından zəhərləniblər.

Onlar dərhal rayon xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.