Özbəkistan ərazisində aparılan qazıntılar zamanı təxminən 4000 il yaşı olan, Tunc dövrünə aid bir uşağın kəllə sümüyündə qədim cərrahi əməliyyat izləri aşkar edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Live Science” məlumat yayıb.
Tədqiqatçılara görə, təxminən 5 yaşında vəfat edən uşağın kəlləsində “trepanasiya” adlanan əməliyyata aid açıq izlər müəyyən olunub:
“Bu prosedur daş və ya sümükdən hazırlanmış alətlər vasitəsilə kəllə sümüyünün qazılması ilə həyata keçirilirdi. Həmin uşaq təxminən 3 yaşında vəfat etmiş başqa bir uşaqla birlikdə eyni qəbirdə dəfn edilib.
Qəbir 2024-cü ilin aprel ayında aşkar olunub və Özbəkistanla İtaliyadan olan alimlərin birgə araşdırması nəticəsində ölkənin şimalında, Əfqanıstan sərhədinə yaxın bölgədə yerləşən Carkutan (Djarkutan) qədim yaşayış məntəqəsinə aid olduğu müəyyən edilib”.
Alimlər bu ərazinin eramızdan əvvəl III minilliyin sonlarına aid olduğunu bildirirlər:
“Həmin dövrdə Carkutan Oxus (Bactria-Margiana Arxeoloji Kompleksi) sivilizasiyasının mühüm şəhər mərkəzlərindən biri idi.
Oxus sivilizasiyası Mərkəzi Asiyada eramızdan əvvəl 2500–1500-cü illər arasında mövcud olub və inkişaf etmiş kənd təsərrüfatı, həmçinin zəngin maddi mədəniyyəti ilə tanınır”.
Tədqiqatçılar qeyd edirlər ki, qədim dövrlərdə trepanasiya əməliyyatı bəzi hallarda epilepsiya, miqren və ya davranış pozuntularının müalicəsi üçün istifadə oluna bilərdi.
Lakin həmin dövrdə tibb və ritual arasındakı sərhəd çox qeyri-müəyyən idi.
Safura Bənnayeva
Globalinfo.az