f3eb7426 d18a 4c02 b42c abb0f694b1ff

Albaniya Tiranada Vatikan tipli dövlət yaradacaq.

Globainfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Baş nazir Edi Rama Albaniyanın dini qorumaq və təşviq etmək üçün Vatikanı nümunə götürərək suveren müsəlman dövləti yaradacağını deyib. Əgər bu baş tutarsa, yeni dövlət dünyanın ən kiçik dövlətlərindən biri olacaq.

“Simvolik dövlət divarsız, polissiz, ordusuz, vergisiz və digər atributları olmayan, lakin qərargaha sahib mənəvi dövlət olacaq”, – deyə Baş nazir əlavə edib.

Dövlətin nə zaman qurulacağı barədə məlumat verməyən Rama planın parlament tərəfindən təsdiq gözlədiyini deyib.

Qeyd edək ki, sözügedən iddia bir müddət əvvəl gündəmə gəlmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: