chay dashdi

Son günlər yağan intensiv yağışlar Zaqatalada fəsadlara yol açıb.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, yağışlar nəticəsində Alazan çayında suyun səviyyəsi qalxıb, Katexçayda artan su çayın məcrasının dəyişməsinə səbəb olub.

Sel suları Aşağı Çardaqlar kəndində 200 hektaradək əraziyə dolub, 100-dən çox sakinə ziyan vurub. Su basan ərazilərdə əsasən arpa, buğda, yonca və qarğıdalı sahələri ziyan çəkib.

Sakinlərin dediyinə görə, hazırda əkin sahələrində suyun hündürlüyü 1.5 metrə çatır.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin Zaqatala Suvarma Sistemləri İdarəsindən bildirilib ki, çaylara və su basan ərazilərə baxış keçirilib. Suyun səviyyəsinin yüksək olmasına görə hazırda ərazidə işləmək mümkün deyil. Su müəyyən qədər çəkiləndən sonra lazımi tədbirlər görüləcək.

f063ce5d 684d 375f a9a7 1b1c50f70216 c0bb0056 c030 3a66 a5e7 826c6492ef0d 849215ae a54c 39f9 aca8 a44606e80392 088a3ee2 9b01 38a4 93f6 8cd5fbe272d1

Paylaş: