İrəvan qarışdı: minlərlə erməni küçələrə çıxdı – VİDEO

Hazırda İrəvanın “Respublika” meydanında aksiya keçirilir. 

Globalinfo.az xəbər verir ki, Qarabağda antiterror əməliyyatlarının başlamasına dair xəbər yayıldıqdan sonra minlərlə erməni hakimiyyətə etiraz üçün meydana toplanmağa başlayıb.

Ermənilər Paşinyandan Qarabağdakı proseslərə müdaxilə etməyi, separatçılarla birlikdə döyüşməyi tələb edirlər.

Qeyd edək ki, N.Paşinyan hazırda baş verənlərlə bağlı Təhlükəsizlik Şurasını təcili olaraq toplayıb.

Ayşən Mustafa
Globalinfo.az