Akar meydan oxudu: Qafqazda bizdən icazəsiz heç nə baş verə bilməz!

Balkanlar, Qafqaz, Yaxın Şərq və Qara dənizdə heç bir proses Türkiyənin iştirakı olmadan aparıla bilməz.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, Türkiyə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında beynəlxalq münasibətlər sistemində konkret mövqeyə sahibdir:

“Bizim müdafiə, təhlükəsizlik, diplomatiya və iqtisadi sferamızda uğurlarımız bu siyasətimizi saxlamağa imkan verir. Biz öz fəaliyyətimizi davam etdiririk ki, böyük uğurlar əldə edə bilək”.

İlkin Həsənov
Globalinfo.az