owl detail 620 c0111c42d2d76c7304f62648d602f84e

Ukrayna və Avropa İttifaqı Rusiya və ABŞ Prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında keçiriləcək görüşün mümkün müsbət nəticələrini pozmağa cəhd göstərə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “RIA Novosti”yə müsahibəsində argentinalı analitik Kristian Lamesa bildirib.

Lamesa vurğulayıb ki, Tramp Ukrayna böhranının həllində uğur qazana bilər, çünki o, Rusiyanı ABŞ-ın yenidən sənayeləşməsi üçün potensial tərəfdaş hesab edir. Ekspert əlavə edib ki, Avropanın bu məsələdə Trampa təklif edə biləcəyi heç nə yoxdur.

“Bu baxımdan mən görüşün müsbət nəticələrinə ümid edirəm. Ancaq avropalı qlobalistlər və militaristlərin Volodimir Zelenski ilə birlikdə görüşə maneə yaratmaq və nəticələri pozmaq üçün əlindən gələni edəcəklərini də istisna etmək olmaz”, — Kristian Lamesa qeyd edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: