Ritter Ordumuzun darmadağın etdiyi posta girmək istədi

“Missiyamızın üzvləri Ermənistanın bütün ərazilərinə səfər edə bilirlər, sadəcə son toqquşmanın baş verdiyi Nerkin-And ərazisinə buraxılmırıq”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter deyib.

“Biz Ermənistanda qonaq statusundayıq. Həmin əraziyə daxil olmağımıza Rusiya sərhədçiləri icazə vermirlər. Biz onlarla əlaqə saxlamırıq. Ev sahibi kimi Ermənistan bu məsələ ilə məşğul olmalıdır. Rusiya tərəfindən soruşulmalıdır ki, bizim ora daxil olmağımıza niyə icazə verilmir?”, – Ritter bildirib.

Qeyd edək ki, fevralın 12-13-də Ermənistanın Azərbaycanla şərti sərhəddə yerləşən Nerkin-And ərazisində gərginlik nəticəsində 4 erməni əsgər ölüb.

Ayşən Mustafa
Globalinfo.az