qrono

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Çex Respublikasının xarici işlər naziri Yan Lipavski ilə görüşüb.

Globalinfo.az  xəbər verir ki, o, bu barədə X sosial şəbəkə hesabında paylaşım edib.

Qrono bildirib ki, görüşlər zamanı əsas diqqət regionda sülh prosesinə və Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşmasına yönəlib.

O, Yan Lipavski ilə Aİ-nin Ermənistan və Azərbaycan arasında dialoqa dəstəyinin vacibliyini müzakirə edib.

“Eyni zamanda Aİ-nin bu prosesə davamlı dəstəyinin əhəmiyyəti və ötən həftə sülh sazişi danışıqlarının yekunlaşdırılması ilə bağlı verilən açıqlamaların önəmini qeyd etdik”, – deyə Aİ rəsmisi vurğulayıb.

 

Paylaş: