Ağstafa rayonunda bir neçə şəxsin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Vurğun kəndi ərazisində qeydə alınıb.
“VAZ 2107” markalı avtomobil təmir sexinə çırpılıb. Nəticədə içəridə olan “Mercedes” markalı maşına ziyan dəyib.
Qəza zaman 1996-cı il təvəllüdlü Təbriz İbrahimov və Qiyas Mehdizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri kafidir. Xatırladaq ki, hadisdəm “VAZ 2107” markalı avtomobil təmir sexinə çırpılıb. Nəticədə içəridə olan “Mercedes” markalı avtomaşına ziyan dəyib.

