Ağdaşda körpə bitki toxumunu yeyərək zəhərləndi

 

Ağdaş rayonunda körpə bitki toxumunu yeyərək zəhərlənib.

Globalinfo.az bildirir ki, “Report”un əldə etdiyi məlumata görə, hadisə sentyabrın 22-si saat 19:00 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində qeydə alınıb.

Belə ki, evdə nəzarətsiz qalan 2020-ci il təvəllüdlü C.Əhmədov bitki toxumunu yeyib.

Daha sonra körpə zəhərlənmə diaqnozu ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.