Ağdama yeni hərbi prokuror təyin edildi – FOTO

Ağdama yeni hərbi prokuror təyin edilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifə Kərimov Elnur Rasim oğluna həvalə edilib.

Məlumatı Azərbaycan Respublikası hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev saytımıza təsdiq edib.

agdama-yeni-herbi-prokuror-teyin-edildi