“ABŞ bir neçə həftə ərzində Ukraynada atəşkəsi təmin etmək istəyir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşr yazır ki, Vaşinqton tezliklə bu məsələdə “əhəmiyyətli irəliləyiş” gözləyir.
Məlumata görə, ötən gün Parisdə Ukrayna, Avropa və ABŞ rəsmiləri arasında bu istiqamətdə keçirilən danışıqlarda Ağ Ev rəsmiləri müvafiq plan tədim ediblər.
Müzakirələrdə ən qısa zamanda atəşkəs və davamlı sülhün əldə olunması ilə bağlı hansı tədbirlərin görülə biləcəyinə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiyanın sülh təşəbbüsləri ilə bağlı cavabının bu həftə ərzində açıqlanacağını söyləyib.
Ayşən Mustafa
Globalinfo.az