“Yeni hücum olsa, İsrailin qarşısını ala bilməyəcəyik”.
Globalinfo.az xəbər verir ki, bu barədə Bayden administrasiyasının xəbərdarlıq bəyanatında deyilir.
“Ağ Ev”in Tehrana xəbərdarlığında deyilir ki, İranın növbəti hücumu fonunda İsrailin qarşısını almaq mümkün olmayacaq.
“Biz İsrailin qarşısını ala bilməyəcəyik. Zərbələr İraq ərazisindən endirilsə də, İsrail cavab verəcək”, – deyə xəbərdarlıq mesajında vurğulanıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az