De Byazi haqda araşdırmalara başlanıldı – Qəribə açıqlama

Milli komandanın baş məşqçisi Canni de Byazinin Brüsseldə keçirilən Belçika-Azərbaycan oyunundan sonra Azərbaycanın idman jurnalistlərini “axmaq” adlandırması haqlı narazılıqlara səbəb olub. Futbol azarkeşləri onun istefa verməsini tələb edirlər.

Bəs AFFA bununla bağlı hansı addımı atacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan AFFA-nın mətbuat katibi Elnur Məmmədli məsələnin araşdırılacağını bildirib:

“Sərxan Hacıyev buna görə jurnalistlərdən üzr istəyib. Amma De Byazinin elə deməsi ilə bağlı yaxın vaxtlarda araşdırma aparılacaq. De Byazinin özü ilə də danışılacaq. Baş məşqçinin jurnalistləri “axmaq” adlandırmasının səbəbi özündən soruşulacaq”.

Zaira Akifqızı
Globalinfo.az