ABŞ və Aİ-nin addımları regional təhlükəsizlik üçün ciddi riskdir – Rusiya XİN

“ABŞ və digər NATO üzvlərinin hərəkətləri Qafqazda təhlükəsizlik riskləri yaradır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, ABŞ və digər NATO üzvlərinin Qara dəniz və Zaqafqaziyada təxribat xarakterli hərəkətləri bu sahədə ciddi risklərə səbəb olur.

Bəyanatda ABŞ və NATO-nun Qara dəniz regionunda təxribat xarakterli fəaliyyətindən, o cümlədən hərbi təlimlərini artırmasından və alyansın daha da genişləndirilməsi planlarının həyata keçirilməsindən, eləcə də Gürcüstanın üzvlüyə qəbul edilməsindən bəhs olunur.

“Vaşinqtonun və digər bloka üzv dövlətlərin Transqafqazda, o cümlədən Gürcüstanda davam edən hərbi-bioloji fəaliyyəti, eləcə də Avropa İttifaqının addımları lər yaradır”, – deyə Rusiya XİN-in məlumatında bildirilib.

Əliyar Xəlil
Globalinfo.az