ABŞ Ukraynalı pilotlara köhnə bazada F-16 təlimi keçir

ABŞ Puerto-Rikoda keçmiş hərbi-dəniz bazasını Ukrayna ordusuna F-16 qırıcılarını idarə etməyi öyrətmək üçün hazırlıq məkanı kimi istifadəni planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Prensa Latina” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, bir neçə gün bundan əvvəl adanın şimal-şərqindəki Seyba şəhərində yerləşən Ruzvelt-Rouds hərbi-dəniz bazasında müşavirə zamanı burada Ukrayna pilotlarının hazırlanması barədə məlumat verilib.

Sözügedən baza 2004-cü ildə bağlansa da, ABŞ ordusu ondan istifadə hüququnu özündə saxlayır.

Globalinfo.az