ABŞ təyyarələri Suriyanın hava məkanını pozdu

ABŞ koalisiyasının təyyarələri bir gündə üç dəfə Suriyanın hava məkanını pozub.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini, kontr-admiral Vadim Kulit bildirib ki, koalisiya qüvvələri bu cür addımlarla aviasiya insidentlərinə yol açırlar.

“Son 24 saat ərzində koalisiya qüvvələri tərəfindən üç belə fakt qeydə alınıb. Bu, 9 dekabr 2019-cu il tarixində imzalanan münaqişənin aradan qaldırılması protokollarının pozulması deməkdir. Yəni pilotsuz uçuş aparatları Rusiya tərəfi ilə razılaşdırılmayan uçuşlar həyata keçirirlər. Bütün bunlar Suriya hava məkanında vəziyyəti gərginləşdirir”, – Kulit vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az