
ABŞ Suriyaya qarşı sanksiyaları ləğv etməyə tələsmir.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Yaxın Şərq məsələləri üzrə bürosunun yüksək səviyyəli diplomatı Tim Linderkinq danışıb.
“Biz Suriyaya, onun rəhbərliyinə qarşı sanksiyalar tətbiq etmişik. Onlar bir saatın içində ləğv edilə bilər, lakin biz bəzi dövlətlər kimi bu barədə tələsmək istəmirik. Biz dövlətlərin Suriyanın yeni hökuməti ilə sürətli əlaqələr qurmasına hörmətlə yanaşırıq. Biz kimsəyə bu məsələyə necə yanaşmalı olduğunu diktə edə bimərik. Görürük ki, bəzi tərəfdaşlarımız yenidən səfirlik açmaq, Dəməşqdə bayraq ucaltmaq istəyirlər. Biz hələ ki bu barədə tələsmirik”, – Linderkinq deyib.
ABŞ-ərəb münasibətləri barədə danışan diplomat Suriyaya qarşı sanksiyaların yumşaldılması ehtimalına da münasibət bildirib.
“Biz sanksiyaların yumşaldılmasını nəzərdən keçiririk. Dəməşqdə keçid hökuməti daha əvvəl qeyd etdiyimiz istiqamətdə mühüm addımlar atarsa, bu barədə danışmaq olar”, – o deyib.
Aysel Əliyeva
Globalinfo.az