ABŞ səfirliyi: Ermənistan-Azərbaycan sərhədinə getməyin!

ABŞ-ın Ermənistandakı səfirliyi ölkədəki diplomatik missiyasının əməkdaşlarına və onların ailə üzvlərinə Azərbaycanla sərhəd ərazilərə səfər etməməklə bağlı xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə səfirlik rəsmi məlumat yayıb.

Səfirliyin xəbərdarlığında əməkdaşları və onların ailələrinə Vardenis (Basarkeçər), Gorus, Qapan (Qafan) və Yeraşxa (Arazdəyən) səfər etməmək tövsiyə edilib.

Məlumatda qeyd olunur ki, ABŞ vətəndaşları Ermənistanla Azərbaycan arasında bütün beynəlxalq sərhədlərinin yaxınlığında ehtiyatlı olmalıdırlar.