ABŞ Rusiya və Ukrayna arasında Cenevrədə baş tutması planlanan danışıqlara görə İsveçrəyə təzyiq göstərib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Nəşr yazır ki, Ağ Ev rəhbərliyi Rusiya nümayəndə heyətinin danışıqlarda iştirak etmələri üçün İsveçrənin onlara təcili şəkildə viza verməsini tələb edib.
Məlumata görə, nümayəndə heyətinin səfəri üçün bütün vizalar artıq təsdiqlənib. Həmçinin rusların səfər müddətində təhlükəsizliyin təmin olunması məsələsi də Vaşinqtonun həll etdiyi bildirilir.
Əliyar Xəlil
Globalinfo.az